Qidalanma
Tez-tez şirniyyat istəyənlərin DİQQƏTİNƏ
Qidalanma

Tez-tez şirniyyat istəyənlərin DİQQƏTİNƏ – Həkim danışdı

Şirniyyat üçün daimi istək sağlamlıq problemlərini göstərə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə dietoloq Daria Rusakova danışıb. 

Həkim bildirib ki, səbəblərdən biri 2-ci tip şəkərli diabetin inkişafı ola bilər. Bu vəziyyətdə qanda çoxlu insulin istehsal olunur, qlükozada ciddi sıçrayışlar müşahidə olunur, buna görə də insan özünü zəif hiss edir, baş gicəllənir və ürək bulanır. Buna görə də vəziyyəti normallaşdırmaq üçün şirniyyat yemək istəyir.

Daimi şirniyyat istəyinin digər səbəbləri qeyri-sabit psixo-emosional fon və stress, həmçinin bədəndə mikroelementlərin çatışmazlığı ola bilər: minerallar, B vitaminləri və xrom.

Həmçinin, uşaqlıqdan bəri şirniyyat çox verilibsə, bu sizdə asılılığa səbəb ola bilər. Bu halda, yetkinlik yaşına çatanda belə, insan mükafat olaraq şirniyyat gözləyir.

Dietoloq xatırladıb ki, şəkərin heç bir qida dəyəri yoxdur və onu tərəvəz və meyvələrlə əvəz etmək daha yaxşıdır./lent.az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun