Klinik psixoloq Kubat Kanimetov tətil zamanı ailə münaqişələrinin qarşısını almaq üçün bir neçə sadə qaydanı açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssisə görə, tətil istirahət etmək, enerji bərpa etmək və müsbət emosiyalar yaşamaq üçün nəzərdə tutulmuş qısa bir müddətdir. Bu dövrdə ailə problemləri ilə məşğul olmaq, ev işlərinə qayıtmaq və ya gündəlik sosial rolları yerinə yetirməyə çalışmaq məqsədəuyğun deyil.
Psixoloq həmçinin tətilə praqmatik yanaşmağın vacibliyini vurğulayır. Hər şeyi əvvəlcədən planlaşdırmaq, məsuliyyətləri bütün ailə üzvləri arasında bölüşdürmək, uşaqlar üçün fəaliyyətlər düşünmək və valideynlərə istirahət vaxtı ayırmaq münaqişə riskini əhəmiyyətli dərəcədə azaldır.
Kanimetov xüsusilə vurğulayır ki, tətil məkanı və formatı əvvəlcədən seçilməlidir. Özünüzü heç nəyi saymağa məcbur etməmək, məcburi ekskursiya və fəaliyyətlərə qatılmamaq, ödənilmiş bütün xidmətlərdən istifadə etməyə çalışmamaq da stressi azaldır. Özünüzə nəfəs almaq, istirahət etmək və azad vaxt keçirmək imkanı vermək lazımdır.
Mütəxəssisə görə, ailə tətilinin əsası bir-birini dəstəkləmək, kiçik zəifliklərə göz yummaq və yaxınlara qayğı göstərməkdir. Bütün bunları əvvəlcədən planlaşdırmaq mümkün olmasa da, bu elementlər olmadan həqiqi istirahət da mümkün deyil.
Tərcümə: Könül Oruc