Tibbi xəbərlər
Telefonların radiasiya yaymasına - Aydınlıq gətirildi
Tibbi xəbərlər
360

Telefonların radiasiya yaymasına - Aydınlıq gətirildi

Məişət texnikası və mobil telefonlar radiasiyaya məruz qalma baxımından insanlar üçün təhlükəsizdir.

E-saglam.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi, nüvə energetikası və sənayesi veteranı Aleksandr Koldobski məlumat verib.

“Əgər siz radiasiya təhlükəsizliyini nəzərdə tutursunuzsa, deməli müzakirə olunacaq bir şey yoxdur. Məişət texnikasını elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi baxımından müzakirə etmək daha məntiqlidir. Lakin radiasiya təhlükəsizliyi baxımından bu, tamamilə mənasız bir işdir”, - deyə Koldobski bildirib.

O, qeyd edib ki, smartfonlarda radiasiya yoxdur.

“Bu cihazlar radioaktiv deyil, elektromaqnit şüalanmaya malikdir. Lakin bu da sağlamlıq üçün zərərlidir. Uzun illər radar stansiyalarında işləyən insanlar bəzən sonrakı on illər ərzində əlil qalırlar”,- deyə alim vurğulayıb. /oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun