
Mixək təkcə yeməklərə ləzzət qatan ədviyyat deyil, həm də əsrlər boyu sağlamlıq sahəsində istifadə edilən şəfa mənbəyidir.

E-saglam.az xəbər verir ki, qədimdən günümüzə qədər gəlib çatan bu möcüzəvi bitki, qədim Yunan, Roma, Hindistan və Çin təbabətində yüksək qiymətləndirilib.
Mixəyin əsas faydaları
Ağrı kəsici və iltihab əleyhinə – Diş ağrıları üçün təbii dərmandır. Eugenol birləşməsi sayəsində ağrıları sakitləşdirir və iltihabla mübarizə aparır.
Ağız və diş sağlamlığı – Antiseptik xüsusiyyətləri ilə bakteriyaları məhv edir, ağız qoxusunu aradan qaldırır və diş ətlərini gücləndirir.
Həzm sistemini dəstəkləyir – Mədəni sakitləşdirir, qaz problemini aradan qaldırır və həzmi asanlaşdırır.
İmmuniteti gücləndirir – Güclü antioksidant təsiri ilə xəstəliklərə qarşı qoruyucu rol oynayır.
Dəri sağlamlığına faydalıdır – Sızanaq və infeksiyalara qarşı təsirlidir, dərini sakitləşdirir.
Müasir tibbdə istifadə edilir – Antibakterial və antiseptik xüsusiyyətləri elmi araşdırmalarla təsdiqlənib.
Mətbəxdə geniş istifadə olunur – Şirindən duzluya qədər bir çox yeməyə dad və aroma qatır.
Mixək qədimdən bəri sağlamlıq və mətbəx mədəniyyətində mühüm yer tutur. Təbii müalicə mənbəyi və ləzzət artırıcı kimi bu qiymətli ədviyyat əsrlərdir öz mövqeyini qorumaqdadır.
Tərcümə: Könül Oruc