Faydalı
Təhlükəsiz qarpızlar nə vaxt satışa çıxarılacaq?
Faydalı
192

Təhlükəsiz qarpızlar nə vaxt satışa çıxarılacaq? Bioloqdan açıqlama

Yay aylarında qarpız süfrələrin əvəzolunmaz meyvələrindən biri olsa da, mövsüm başlamadan əvvəl bazarlarda görünən bəzi qarpızlar sağlamlıq baxımından riskli ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, təhlükəsiz, az nitratlı və tam yetişmiş qarpızlar adətən iyulun sonu və avqustun əvvəllərində satışa çıxarılır.

Bu mərhələdə satışa təqdim edilən qarpızlar açıq sahələrdə, günəş şüası ilə tam təbii şəkildə yetişdirilmiş meyvələr olur. Ən uyğun və təhlükəsiz seçim üçün qarpızların şirin, şirəli və tam yetişmiş olması vacibdir.

İyunun sonlarında bazarlarda və marketlərdə görünən erkən qarpızlar isə adətən istixana şəraitində yetişdirilir və ya başqa bölgələrdən idxal olunur. Bu tip məhsullarda nitrat səviyyəsi daha yüksək ola bilər, bu isə uşaq və yaşlılar üçün təhlükə yarada bilər.

Mütəxəssislər bildirirlər ki, təhlükəsiz qarpız almaq üçün erkən satış dövründə ehtiyatlı olmaq, mümkün olduqda məhsulun mənşəyi və yetişmə şəraiti ilə maraqlanmaq tövsiyə olunur. Ən ideal seçim — yerli, açıq sahədə təbii şəkildə yetişmiş və iyul-avqust aylarında satışa çıxarılan qarpızlardır.

 

Qarpız alarkən meyvənin xarici görünüşü, saplağı və səthi də diqqətə alınmalı, şübhəli hallarda istehlakdan çəkinmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun