Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib.
Sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.
Namizədin görəcəyi işlər aşağıdakılardır:
Görəcəyiniz işlər:
-
TƏBİB-ə aid olan sosial media hesablarının idarə olunması
-
Sosial şəbəkə səhifələri üçün inkişaf strategiyasının hazırlanması
-
Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
-
Post-plan əsasında dizaynerə, fotoqrafa-videoqrafa düzgün tapşırıqların verilməsi
-
Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək
-
Video kontentlərin, ideyalarının hazırlanması və çəkilməsinin təmin olunması
-
"Story" aktivliyini təmin etmək
-
Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək
-
Sosial şəbəkə səhifələri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
-
Rəsmi sosial şəbəkə səhifələrinə daxil olan müraciətlərin (şərh və mesajlar) qeydiyyata alınmasının və cavablandırılmasının təmin olunması
-
Tabeli müəssisələrə aid olan sosial şəbəkə səhifələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi və nəzarətin həyata keçirilməsi
-
Sosial mediada müəssisə haqda rəylərin monitorinqinin həyata keçirilməsi
Bizim üçün uyğun namizəd:
-
Ali təhsil
-
Sahə üzrə minimum 1 il iş təcrübəsi
-
Dil bilikləri: rus və ingilis dili – yaxşı
-
Kompüter bilikləri: MS Office proqramları, Adobe İllustrator, Adobe Photoshop, Canva – yaxşı
-
Komandada işləmə bacarığı
-
Məsuliyyətlilik
-
Dürüstlük və etibarlılıq
-
İntizamlılıq
-
Nəticəyönümlülük
-
Təşkilatçılıq bacarıqları
-
Araşdırmaq və yenilikləri tətbiq etmək
Əlavə məlumatlar:
-
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
-
İş vaxtı: 09:00 – 18:00.