Vakansiya
TƏBİB vakansiya elan edib
Vakansiya

TƏBİB vakansiya elan edib

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir. 

Görəcəyiniz işlər:

TƏBİB aparatında fəaliyyətlərin təşkilinin mütəmadi olaraq dəyərləndirilməsi və yeni yanaşmaların tətbiqi ilə bağlı təkliflərin verilməsi

TƏBİB tabeli tibb müəssisələrində fəaliyyətlərin mütəmadi olaraq dəyərləndirilməsi və proseslərin təkmilləşdirilməsi üçün həll təkliflərinin verilməsi

Tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması üzrə təhlil və təkliflərin təqdim edilməsi

Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması və təhlil edilməsi

Proses xəritəsi və layihələrin icrası üzrə müvafiq tapşırıqların yerinə yetirilməsi

İcra olunan proseslər üzrə təhlil hesabatlarının şöbə müdirinə təqdim edilməsi

Bizim üçün uyğun namizəd:

Ali təhsil (Tibb, Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat, Beynəlxalq münasibətlər)

İdarəetmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi

Kompüter bilikləri: Microsoft Office – sərbəst

Dil bilikləri: İngilis dili – arzuolunandır

Analitik təhlil və problemləri həll etmə bacarıqları

Tədqiqat və təqdimat bacarıqları

Nəticəyönümlülük

Verilmiş tapşırıqların son icra tarixinə həssaslıq

Ünsiyyətcil

Əlavə məlumatlar:

İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi

İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

CV [email protected] ünvanına göndərilməlidir

Mövzu sətrində “Proseslərin optimallaşdırılması – Böyük məsləhətçi” qeyd olunmalıdır

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqədə iştirak üçün dəvət olunacaqlar.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun