Psixologiya
TƏBİB: "Postmüharibə dövründə 20 min insana psixoloji yardım göstərilib"
Psixologiya

TƏBİB: "Postmüharibə dövründə 20 min insana psixoloji yardım göstərilib"

"Postmüharibə dövründə 20 min insana psixoloji yardım göstərilib".

E-saglam.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.

O bildirib ki, zəfərlə başa çatan Vətən müharibəsindən sonra qazi və şəhid ailələri ilə yanaşı, münaqişə zonasındakı mülki insanlar arasında da postmüharibə sindromu müşahidə olunub.

"Bununla bağlı dövlət tərəfindən tədbirlər görülür. Nazirlər Kabinetinin qərarı ilə İşçi Qrup yaradılıb. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində psixoloji mərkəzlər formalaşdırılıb. Bu vaxta qədər 20 min insana psixoloji yardım göstərilib. Psixoloji mərkəzlər Bakı və bölgələrdə fəaliyyət göstərir. Bu proses davam edir", - o vurğulayıb.

Mənbə: Report.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun