Tanınmış həkim Vasif İsmayılın anası dünən axşam saatlarında koronavirusdan dünyasını dəyişib.
E-saglam.az xəbər verir ki, bu barədə məlumatı həkim özü feysbuk hesabında paylaşaraq bildirib:
"Əziz anam Hafizə xanımı bir az əvvəl itirdik. Qırx gün koronavirus bəlasının fəsadları ilə mübarizə apardı. Buraya qədərmiş".
V.İsmayıl anasının müalicəsinə köməklik göstərən həmkarlarına öz təşəkkürünü bildirib.
Allah rəhmət eləsin!
Könül Oruc