Yalovada yetişdirilən aronia, yüksək antioksidant tərkibi sayəsində “super meyvə” kimi tanınır.
E-saglam.az xəbər verir ki, bu meyvə beyin və sinir sistemini qidalandırır, yaşlanma əleyhinə təsir göstərir və soyuqdəymə və qrip infeksiyalarına qarşı bədənin müqavimətini artırır.
Bu il ikinci dəfə təşkil olunacaq “Yalova Aroniyası və Dərman və Aromatik Bitkilər Festivalı” sentyabrın 12-də məhsul yığımına başlayacaq. Keçən il 200 ton məhsul yığılıbsa, bu il 25 faiz artımla 250 tona çatacağı gözlənilir.
Aronia Yalovada 2012-ci ildən uyğunlaşdırılıb və 2017-ci ildə ilk bağ yaradılıb. Hazırda 150 fermer tərəfindən 510 hektar sahədə becərilir və Şimali Amerikada coğrafi göstəriciyə layiq görülüb.
Aronia həmçinin paxlava, qatıq və çərəzlərdə istifadə olunur və xalqımızın dadına uyğunluğu ilə seçilir. Fermerlər uzun illərdir istehsalını davam etdirir, məhsuldarlığın ilbəil artması ilə yanaşı, keyfiyyətinə də diqqət yetirirlər.
Tərcümə: Könül Oruc