Yandex watch
Sudan sonra ən faydalı içki odur:

Xolesterol və qan şəkəri ilə bağlı problemlər müasir dövrdə geniş yayılıb. Bu xəstəliklər dərmanlarla idarə olunsa da, mütəxəssislər təbii həllərin də təsirli olduğunu bildirirlər. Onlardan biri də yaşıl çaydır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, yaşıl çay, "sudan sonra ən sağlam içki" olaraq tanınır və yüksək xolesterol və qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır. Tərkibindəki flavonoidlər və EGCG adlı güclü antioksidanlar LDL (pis xolesterol) səviyyəsini azaldaraq ürək sağlamlığını qorumağa kömək edir. Eyni zamanda, qan şəkərinin idarə olunmasında da təsirlidir və müntəzəm istehlakı uzunmüddətli qan şəkəri səviyyəsini aşağı salmağa dəstək verir.

Yaşıl çay həmçinin iltihabla mübarizə aparır və immuniteti gücləndirir. Tərkibindəki katexinlər oksidləşdirici stressi azaldaraq hüceyrə zədələnməsinin qarşısını alır.

Necə istifadə edilməlidir?

Yaşıl çayı gündə 3-4 stəkan içmək yaxşı nəticə verir. Tərkibində az kofein olduğu üçün gün ərzində balanslı enerji təmin edir.

Tərcümə: Könül Oruc

E-saglam.az