Yandex watch
​​​​​​​Su alarkən etiketi oxuyun! Bu göstərici

Böyrəklərin ən yaxın dostu olan su, düzgün seçilmədikdə sağlamlıq üçün təhlükə yarada bilər. Xüsusilə bəzi qablaşdırılmış suların tərkibində müəyyən mineralların yüksək olması böyrək daşlarının yaranmasına səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, kalsium və natriumla zəngin sular böyrək sisteminə artıq yük salaraq, sidik yollarında daşların yaranmasına səbəb olur. Bu səbəbdən, suyun buxarlandıqdan sonra geridə buraxdığı mineral duzların miqdarını göstərən sabit qalığın (residuum) səviyyəsinə diqqət etmək çox vacibdir.

İdeal sabit qalıq miqdarı nə qədər olmalıdır?

Böyrək sağlamlığını qorumaq istəyənlər üçün ən uyğun seçim sabit qalıq dəyəri 200 mq/l-dən az olan sulardır. Hətta 100 mq/l və ya daha az dəyərə malik sular idealdır. Bəzi su markaları isə bu göstəricini 22 mq/l kimi aşağı səviyyədə saxlayır – bu da böyrəklərə daha az yük deməkdir.

Kim hansı suyu seçməlidir?

  • Böyrək xəstəliyi olan şəxslər: Aşağı minerallı su seçməlidirlər. Xüsusilə kalsium və natrium miqdarı az olan sular tövsiyə olunur.

  • Yüksək təzyiqdən əziyyət çəkənlər: Natrium səviyyəsi 200 mq/l-dən az olan sular təzyiqin yüksəlməsinin qarşısını ala bilər.

  • İdmançılar: Tərləmə nəticəsində itirilən mineralları bərpa etmək üçün natrium, maqnezium və kaliumla zəngin su markalarına üstünlük verə bilərlər.

Alternativ: Su filtrləri

Qablaşdırılmış su seçimi mikroplastik problemini tam aradan qaldırmasa da, kran suyundan istifadə etmək istəyənlər üçün evdə su filtrləri effektiv və iqtisadi bir həll yolu ola bilər. Bu filtrlər suyu təmizləyərək sağlam içməli su təmin edir.

Su həyatdır – amma hansı su? Seçim sizin sağlamlığınızı birbaşa təsir edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az