Faydalı
Soyuducu bu meyvələrin sonu ola bilər:
Faydalı
306

Soyuducu bu meyvələrin sonu ola bilər: qəti qoymaq olmaz

Hər meyvə soyuducuda saxlanmalı deyil. Bəzi meyvələr var ki, soyuducuya qoyulduqda yetişməyi dayandırır, dadını və teksturasını itirir.

E-saglam.az xəbər verir ki, bu meyvələri bir neçə gün otaq temperaturunda saxladıqda isə həm dadı, həm də keyfiyyəti daha yaxşı olur. Budur, piştaxtada yetişməsi lazım olan 6 meyvə:

1. Banan

Bananlar soyuduqda yetişmə prosesi dayanır. Əgər tam yetişməmişkən soyuducuya qoyulsa, dadı küt, toxuması isə rezin kimi ola bilər. Ən yaxşısı, bananı piştaxtada saxlayaraq təbii şəkildə yetişməsinə imkan verməkdir.

2. Şaftalı

Şaftalılar yalnız otaq temperaturunda tam yetişdikdə şirəli və ətirli olur. Erkən soyuducuya qoyularsa, dadını itirir və bərkiyir.

3. Gavalı

Gavalılar da “daş meyvələr” kateqoriyasına daxildir və soyuducuda deyil, piştaxtada yetişməlidir. Yaxşı yuyulub otaq temperaturunda saxlananda həm dadı, həm də toxuması ideal olur.

4. Nektarin

Şaftalıya bənzər olan nektarinlər də soyuduqda dadını itirə bilər. Əgər desert və ya salat üçün istifadə ediləcəksə, qısa müddətlik soyudula bilər. Ancaq əsasən otaq temperaturunda yetişməsi məsləhətdir.

5. Avokado

Yetişməmiş avokadonu soyuducuya qoymaq onun yetişməsini ləngidir. Ən yaxşısı, onu otaq temperaturunda yumşalana qədər saxlamaqdır. Yetişəndən sonra isə bir neçə gün soyuducuda qala bilər.

6. Tropik meyvələr: Ananas, manqo, kivi

Bu meyvələr otaq temperaturunda daha dadlı və şirəli olur. Əgər kəsilibsə, hava keçirməyən qabda soyuducuda saxlamaq olar. Amma tam yetişməmişkən soyutmaq onların dadını azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun