Faydalı
Sosial şəbəkələrdə məşhur olan bəzi otaq bitkilərinin
Faydalı
150

Sosial şəbəkələrdə məşhur olan bəzi otaq bitkilərinin təhlükəsi aşkarlanıb

Cazibədar görünüşünə görə sosial mediada məşhur olan bəzi otaq bitkiləri heyvanlar üçün təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə daxili bitki dizaynı üzrə mütəxəssis Toni Gilbert xəbərdarlıq edib. 

Gilbertə görə, zəhərli və məşhur bitkilər siyahısında birinci yerdə beş milyondan çox Instagram paylaşımında yer alan aloe veradır. Müalicəvi xüsusiyyətləri ilə tanınan o, yarpaq parçasını dişləyən ev heyvanını qusma, ishal, titrəmə və həddindən artıq yorğunluqla təhdid edə bilər.

Ev heyvanları üçün zəhərli məşhur bitkilər arasında ikinci yerdə Amerika aqavesi dayanır. "Ev heyvanları üçün də zəhərlidir və bədənə daxil olduqda ağız boşluğunun qıcıqlanması, tüpürcək axması, mədə narahatlığı kimi əlamətlər yaranır", - mütəxəssis aydınlaşdırdı.

Öz növbəsində, havanı təmizləmək qabiliyyəti və qulluq asanlığı ilə tanınan Dracaena tristrata (qaynana dili) pişik və itlər üçün də zəhərlidir və ürəkbulanma, qusma, tüpürcək və süstlük yarada bilər.

Gilbert qeyd etdi ki, Crassula ovata heyvanlara oxşar təsir göstərə bilər - sonuncu da depressiyaya və koordinasiya itkisinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun