Sosial media yeni doğum etmiş qadınlara
Sosial media yeni doğum etmiş qadınlara

Sosial medianın analar üzərindəki təsirlərindən bəhs edən mütəxəssislər, sosial medianın doğuşdan sonrakı dövrdə analara mənfi təsir etdiyini bildiriblər.

E-saglam.az xəbər verir ki, bu gün hər bir fərdin aktiv şəkildə istifadə etdiyi sosial media platformaları insanlar arası ünsiyyətdə aktiv rol oynasa da, paylaşılan məzmunların bir çoxu insanlara mənfi təsir göstərir. Bu təsirlər xüsusilə qadınların hamiləlik dövründə və sonrasında daha aydın görünür.

Mütəxəssislər bildiriblər ki, əvvəllər insanlar qonşuluqdakı insanlardan kənar dünyanı izləyə bilmirdilər: "İndiki vaxtda xüsusilə sosial medianın təsiri ilə bütün dünyanı izləyə və trendlərdən xəbərdar ola bilirlər. Burada da sosial medianın böyük təsiri var. Sosia media psixoloji olaraq özündə bəzi şeyləri əskik görən insanlara təsir edir". 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az