Yandex watch
Soğan və sarımsaq soyuqdəymə ilə həqiqətən

Bir çox insanlar soğan və sarımsağın kəskin respirator virus infeksiyalarının və digər xəstəliklərin müalicəsində kömək etdiyinə inanırlar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qastroenteroloq və hepatoloq Sergey Vyalov "Telegram" kanalında bu məhsulların həqiqətən soyuqdəymə ilə mübarizə qabiliyyətinə malik olub-olmadığını bildirib.

Həkimin sözlərinə görə, soğan və sarımsağın faydalı xüsusiyyətləri var. Məsələn, onların tərkibində iştahı və həzmi stimullaşdıran, bağırsaq peristaltikasını və mədə-bağırsaq traktına faydalı olan fermentlərin sərbəst buraxılmasını sürətləndirən efir yağları var. Bundan əlavə, soğan və sarımsağın tərkibində lif və müxtəlif vitaminlər var, lakin onların miqdarı çox azdır.

Soyuqdəymə ilə mübarizədə bu məhsulların faydalarını qiymətləndirən Vyalov qeyd edib ki, onların tərkibində allisinlər və fitonsidlər var ki, bu da həqiqətən orqanizmin mikrobların öhdəsindən gəlməyə kömək edir. “Ancaq soğan və sarımsaq onları öldürmür, sadəcə olaraq, onların yaşamasını bir az çətinləşdirir. Super güc bütün növ mikroblara təsir etmir. Ciddi bir infeksiyanız varsa, onlara etibar etməməlisiniz", - dedi həkim.

Tərcümə: Könül Oruc

E-saglam.az