Tibbi xəbərlər
Şöbə müdiri: “Azərbaycanda “topuq testi” könüllüdür”
Tibbi xəbərlər
200

Şöbə müdiri: “Azərbaycanda “topuq testi” könüllüdür”

“Bu gün Azərbaycanda yenidoğulmuşların skrininqi (topuq testi) könüllüdür”.

E-saglam.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinin müdiri Rüstəm Hüseynov deyib.

Şöbə müdiri qeyd edib ki, bu testin aparılması olduqca vacibdir:

“Bəzi anadangəlmə xəstəliklər uşaq doğulduqdan sonra ilk günlərdə heç bir əlamətlərlə özünü büruzə vermir və yaxud da kliniki simptomları patoqnomonik olmur. Bəzən valideynlər qan adı eşitdiyindən bu testin götürülməsindən ehtiyat edir. Lakin bildirim ki, körpənin topuğu sabunla yuyulur, steril tənziflə təmizlənir və topuqdan 1 damcı qan götürülür. Testin vaxtında doğulan körpələrdən 3-cü sutkada, yenidoğulmuşlardan isə 7-ci sutkasında acqarına götürülməsi tövsiyə olunur”.

Qeyd edək ki, Azərbaycanda hazırda xəstəxalarda 5 patologiya üzrə test aparmaq mümkündür.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun