Faydalı
Sizi maşın "tutur"? – Alimlər
Faydalı

Sizi maşın "tutur"? – Alimlər 1 dəqiqədə qurtulmağın yolunu tapdılar

E-saglam.az xəbər verir ki, onların tapıntısı bu narahatlığın simptomlarını cəmi bir dəqiqə ərzində azalda və təsiri iki saata qədər davam edə bilər.

Ümumi olaraq hərəkət xəstəliyi adlandırılan bu vəziyyət avtomobil, təyyarə və ya gəmi səyahətləri zamanı yaranan ürək bulanması, başgicəllənmə və narahatlıq hissi ilə xarakterizə olunur.

“New Atlas” jurnalında dərc edilən tədqiqatın nəticələrinə əsasən, problemin kökü bədənin hərəkəti hiss etmə tərzindəki uyğunsuzluğa dayanır. Belə ki, göz və bədənin hiss etdiyi hərəkətlə daxili qulağın balansla bağlı ötürdüyü siqnallar arasında ziddiyyət yaranır.

Tədqiqatçılar müəyyən ediblər ki, 100 Hz tezliyində və 65,9 dBA səviyyəsində təmiz səsə yalnız 1 dəqiqə qulaq asmaq bu simptomları əhəmiyyətli dərəcədə azalda bilir. Həm insanlar, həm də laboratoriya siçanları üzərində aparılan sınaqlar bu üsulun effektivliyini təsdiqləyib.

Bu akustik stimulyasiya daxili qulaqdakı tarazlığa cavabdeh otolit kristallarını aktivləşdirir. Nəticədə, balans sistemindən gələn siqnallarla digər hissiyyat siqnalları arasında uyğunluq bərpa olunur, ürək bulanması azalır və stress reaksiyaları neytrallaşır.

Səsin intensivliyi normal danışıq səviyyəsinə uyğun olduğundan, bu metod eşitmə sağlamlığına heç bir təhlükə yaratmır. İştirakçılar eksperiment zamanı heç bir narahatlıq hiss etməyib və sınaq sonrası eşitmə testlərində mənfi nəticə qeydə alınmayıb.

Tədqiqatın rəhbəri Masaşi Kato bildirib: “Məqsədimiz səyahət zamanı insanlara daha rahat şərait yaratmaqdır. Bu üsul qeyri-invaziv, təhlükəsiz və əlçatan olduğu üçün böyük potensiala malikdir”.

Alimlər hesab edirlər ki, bu kəşf hərəkət xəstəliyi ilə mübarizədə yeni dövrün başlanğıcı ola bilər. Qeyd edək ki, bu pozğunluğun qarşısını almağın ənənəvi yollarına yolda oxumamaq, smartfon ekranına baxmamaq və rahat geyim seçmək daxildir. Maraqlı məqamlardan biri də odur ki, avtomobil sürücüləri bu simptomları yaşamırlar. Çünki onların beyni bədən hərəkətlərini və nəqliyyat vasitəsinin manevrlərini daha effektiv şəkildə qəbul edir.

Yeni akustik metod isə hərəkət xəstəliyinə qarşı mübarizədə inqilabi addım ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun