Gözəllik-dəb
"Sızanaq bir çox insanda psixoloji narahatlıq və kompleks yaradır" - EKSPERT
Gözəllik-dəb

"Sızanaq bir çox insanda psixoloji narahatlıq və kompleks yaradır" - EKSPERT

Dərimiz həssas olduğu və tez zədələnə bildiyi üçün stress, mövsümi və hormonal dəyişikliklər sızanaqların əmələ gəlməsinə səbəb ola bilir. Eyni zamanda sızanaqların yaranmasındakı digər səbəblərdən biri də qəbul etdiyimiz qidalardır.

Bu barədə E-saglam.az-a danışan qida eksperti Fərid Səfərov deyir ki, əsasən üz dərisində yaranan sızanaqlar bir çox insanda psixoloji narahatlığa, özgüvənin azalmasına, kompleksin yaranmasına gətirib çıxarır.

Bəs hansı qidalar sızanaq yaradır?

- fast food və hazır qidalar.
- süd və süd məhsulları.
- şokolad və şəkərli qidalar.
- şəkərli və qazlı içkilər.
- hazır meyvə suları.
- kartof qızartması
- normadan artıq kofe və çay.
- sintetik qidalar.
- acılı və ədviyyatlı qidalar.
- un və un məmulatları.

Ekspert deyir ki, sızanaqlar təkcə qəbul etdiyimiz qidalardan yaranmır: "Eyni zamanda stress, yuxu rejiminin pozulması, yorğunluq, hormonal dəyişikliklər də sızanaq yaradır".

Bəs sızanaqlardan necə xilas ola bilərik?

- gündəlik su qəbulu.
- şəkərdən uzaq olmaq.
- hazır qidalar qəbul etməyin.
- yaşıl yarpaqlı tərəvəz yeyin.
- antioksidant baxımından zəngin meyvə yeyin.
- yaşıl çay için.
- daha az qızartma və daha çox qaynadılmış qidalar qəbul edin.
- tərkibində qida boyası, kimyəvi qoruyucu və sintetik qida əlavəsi olan qidalar yeməyin.
- yuxu rejiminə riayət edin.
- trans yağlardan istifadə etməyin.
- sağlam qidalanın.
- gündəlik idmanla məşğul olun.

Sağlam qidalanaraq dərimizin sağlamlığını qoruya bilərik!"

Könül Oruc

fərid səfərov qida eksperti

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun