Yandex watch
Sirkəsinin faydalarını eşidəndə

Kim günə enerjili başlamaq istəməz ki? Son dövrlər ananas sirkəsi tropik dadı və çoxsaylı faydaları ilə diqqət çəkir. Tropik iqlim qurşağında yetişən ananasın mayalanmasından hazırlanan bu aromatik sirkə, mətbəxdə salatlardan marinasiya proseslərinə kimi çox məqsədli istifadə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ananas sirkəsinin Cənub-Şərqi Asiya, Karib dənizi, Mərkəzi və Cənubi Amerika kimi bölgələrdə geniş yayıldığı məlumdur. Bu məhsulu istifadə etməzdən əvvəl etiketləri diqqətlə oxumaq və hər hansı bir tibbi problemi olanların məsləhət alması vacibdir.

Ananas sirkəsinin faydaları

1. Həzm sisteminə dəstək

Ananas sirkəsi, tərkibindəki həzm fermentləri sayəsində mədə turşusunu tarazlayır və həzm sistemini təşik edir. Qəbizlik, ishal və reflü kimi problemlərə qarşı yardımçı ola bilər.

2. İmmuniteti gücləndirir

C vitamini və antioksidanlarla zəngin olan ananas sirkəsi, immunitet sistemini mükəmməl dəstəkləyir. Bu xüsusiyyəti, orqanizmin xəstəliklərə qarşı daha möhkəm dayanmağını təmin edir.

3. Qan şəkərini tənzimləyir

Tərkibindəki fermentlər şəkər metabolizmasını tarazlayaraq qan şəkərindəki dalğalanmaları azaldır. Bu xüsusən diabetik insanlar üçün faydalı ola bilər.

4. Detox təsiri

Ananas sirkəsi, antioksidanları və fermentləri sayəsində bədəndən toksinləri asanlıqla xaric edir. Xüsusən qaraciyərin təmizlənməsində təsirli rol oynayır.

5. Dəri sağlamlığını yaxşılaşdırır

C vitamini və təbii fermentlərlə zəngin ananas sirkəsi, dəri tonunu tarazlayır, yağlılığı azaldır və sızanaq problemlərini yüngülləşdirir.

6. Çəki idarəsinə kömək

Metabolizmanı sürətləndirən ananas sirkəsi, toxluq hissi verərək çəki itirmə prosesini asanlaşdıra bilir.

Qeyd: Ananas sirkəsi faydalı xüsusiyyətlərə malik olsa da, istifadə etməzdən əvvəl tibbi məsləhət almaq vacibdir. Düzgün dozada istifadə olunmadıqda yan təsirlər meydana gələ bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az