Sirkəli su ilə duş qəbul etmək stressi azaltmaq və bədən rahatlığını artırmaq üçün təsirli bir üsuldur.
E-saglam.az xəbər verir ki, Prof. Dr. Canan Karatay sirkəli suyun bədənə spa effekti verdiyini və bunun streslə mübarizədə əhəmiyyətli təsir göstərdiyini bildirir. Sirkə və duzlu suyun tərkibindəki müsbət təsirlər bədəni rahatlatmaqla yanaşı, sağlamlığı da yaxşılaşdırır.
Karatayın sözlərinə görə, sirkəli su ilə duş qəbul etmək yalnız bədəni sakitləşdirməklə yanaşı, həm də ağrıları azaldır. Duzlu və bikarbonatlı suyun bədəndəki əzələləri rahatlatdığı, mənfi ionların stressi azaltdığı və ümumi əhval-ruhiyyəni yaxşılaşdırdığı qeyd olunur. Bu səbəbdən, yağışlı havalarda yaranan rahatlama hissi ilə sirkəli suyun təsiri arasında oxşarlıqlar olduğu vurğulanır.
Stressi azaltmaq üçün sirkəli su ilə duş qəbul etməklə yanaşı, digər təsirli üsullar da mövcuddur. Dəniz kənarında gəzinti, sevdiyiniz musiqiyə qulaq asmaq, yaxın insanları qucaqlamaq və ya yaxşı bir şeir oxumaq kimi sadə fəaliyyətlər stressin öhdəsindən gəlməkdə köməkçi ola bilər. Bu üsullar, həm bədən, həm də zehni rahatlatmaq üçün faydalıdır.
Canan Karatayın tövsiyələri göstərir ki, sadə və təbii metodlarla stressi azaltmaq və bədən rahatlığını artırmaq mümkündür. Sirkəli su ilə duş qəbul etmək isə bu baxımdan asan və effektiv bir seçimdir.
Tərcümə: Könül Oruc