Yandex watch
Siqareti tərgitdirən məşhur bitki:

Qarabaş otu, xüsusilə Ramazan ayında siqaret çəkmək istəyini azaldan təsiri ilə diqqət çəkir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Aralıq dənizi bölgəsində yetişən bu bitki, siqaret çəkmək istəyini azaltmaq istəyənlər üçün faydalıdır. Qarabaş otunun acı dadı, həzm sistemini rahatlaşdırmaq, ürək-damar sağlamlığını yaxşılaşdırmaq və dərini gözəlləşdirmək kimi əlavə faydalar da təqdim edir.

Qarabaş otundan müntəzəm istifadənin siqaret çəkənlər üçün faydalı olduğu bildirilir.

Bitkinin bir və ya iki başını qaynar suya əlavə edərək dəmlənə bilər və gündə bir dəfə istehlak edilir.

Qeyd: Lakin həkimlər, xroniki xəstəlikləri olanların həkim nəzarətində istifadə etmələrini tövsiyə edirlər. Hamilə və ya əmizdirmə dövründə olan analar olanlar bu bitkini istifadə etməməlidir. Həmçinin, yüksək təzyiq riski olanlara istifadəsi məsləhət görülmür. Təbii müalicə üsullarını tətbiq etməzdən əvvəl mütəxəssis məsləhəti vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az