Sinir sistemini və immuniteti gücləndirən məşhur yemək açıqlanıb.
E-saglam.az xəbər verir ki, diyetoloq Maryana Jutova deyir ki, suşi roll yapon mətbəxinin sinir sisteminə faydalı təsir göstərən və immunitet sistemini gücləndirən məşhur yeməyidir. Mütəxəssis onun faydaları barədə "Lenta.ru"ya danışıb.
Jutova yüksək keyfiyyətli xammaldan hazırlanmış suşi rollu sağlam yemək adlandırıb, çünki onun tərkibində yağlı balıq, düyü və nori dəniz yosunu var. Somon, alabalıq, tuna və digər balıqlar sağlam yağ turşularını ehtiva edir və zülal, fosfor, natrium, sink, selen, A, E, D və B vitaminləri ilə zəngindir.
Bu mikroelementlər və vitaminlər sinir sisteminin fəaliyyətinə faydalı təsir göstərir, iltihabla mübarizə aparmağa kömək edir, ürək-damar xəstəliklərinin, qastritin və artritin qarşısının alınmasında faydalıdır, dərinin, saçın və dırnaqların vəziyyətini yaxşılaşdırır.
Nori qalxanabənzər vəzinin sağlamlığı üçün lazım olan yod mənbəyidir və suşi bişirilmədiyi üçün dəniz yosunu maksimum faydasını saxlayır, deyə diyetoloq davam edib. Düyü, onun fikrincə, mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün faydalıdır, tez-tez tibbi pəhrizə daxil edilir.
Sonda Jutova bəzi roll növlərinə əlavə edilən avokadonun faydalarını xüsusilə qeyd edib: "Onun tərkibində sinir sisteminin sağlamlığı, beyin funksiyası və güclü immunitet üçün zəruri olan A, E, B, K vitaminləri, kalium, fol turşusu var".
Tərcümə etdi: Könül Oruc