Tibbi xəbərlər
Səyyad Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub
Tibbi xəbərlər
413

Səyyad Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bu barədəmüğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".

Xatırladaq ki, S.Əlizadə 15 gün əvvəl koronavirusa yoluxub. Əvvəlcə evdə müalicə olunan müğənni səhhəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib. Ötən gecə isə Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur. // report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun