Şəkərli diabet insulin ifrazının və ya insulin təsirinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.
Endokrinoloq Aysel Cəfərova şəkərli diabet xəstəliyinin əlamətləri barədə E-saglam.az-a danışıb. Həmin əlamətlər bunlardır:
- Susuzluq;
- Tez-tez sidiyə getmə;
- Çəki itirmə;
- Sidik yollarının infeksiyası;
- Bulanıq görmə;
- Qaşınma;
- Yorğunluq;
- Dəridə və ağızda quruluq;
- Ayaqlarda keyimə.
Könül Oruc