Diabet və yüksək qan şəkəri sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Qan şəkərini tənzimləmək və nəzarətdə saxlamaq üçün düzgün pəhriz və həyat tərzi çox önəmlidir.
E-saglam.az qan şəkərini azaltmağa kömək edən təbii vasitələr haqqında məlumat verilir.
1. Kərəvizin faydası
Tədqiqatlar göstərir ki, kərəviz qan şəkərini aşağı salmaq üçün çox təsirlidir. Xüsusilə kərəviz yarpağı ekstraktı, yeməkdən sonra şəkərin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər. Gündə üç dəfə, yeməkdən əvvəl 250 mq dozada kərəviz ekstraktı qəbul edilməsi qan şəkərində 19.5% azalma təmin etmişdir.
2. Glisemik indeksə diqqət edin
Qidaların glisemik indeksi (GI) onların qan şəkərinə təsirini ölçür. Aşağı GI olan qidalar qan şəkərini yavaş-yavaş yüksəldir. Bu qidalara paxlalılar, yulaf, bəzi meyvələr və tərəvəzlər daxildir. Yüksək GI olan qidalardan uzaq durmaq isə şəkərin sürətli artmasının qarşısını alır.
Yüksək GI qidalar:
-
Şəkərli içkilər
-
Ağ çörək
-
Kartof
-
Ağ düyü
Aşağı GI qidalar:
-
Yulaf
-
Lobyalar
-
Yaşıl tərəvəzlər
-
Narıncı meyvələr
3. Paxlalılar və lifli qidalar
Paxlalılar (noxud, mərcimək, lobya) qan şəkərini tənzimləməyə kömək edir. Liflə zəngin qidalar bədəndə qlükoza səviyyəsini nəzarətdə saxlamağa yardım edir və insulin həssaslığını artırır.
4. Bitki əsaslı ekstraktlar və təbii vasitələr
Darçın: Qan şəkərini tənzimləməkdə faydalıdır. Yeməklərə darçın əlavə etmək və ya darçın çayı içmək qan şəkərini sabit saxlaya bilər.
Zəncəfil: İltihabı azaltmaq və insulin həssaslığını yaxşılaşdırmaq üçün istifadə olunur.
Aloe vera: Qan şəkərini tənzimləməyə və iltihabın qarşısını almağa kömək edir.
Diqqət edilməli məqamlar
Şəkərli diabet xəstələri mütəmadi olaraq qan şəkərini yoxlamalı və həkim nəzarətində qalmalıdır.
Hər hansı bir təbii vasitəni müntəzəm istifadə etmədən əvvəl mütləq mütəxəssislə məsləhətləşin.
Həyat tərzinizi aktiv saxlayın. Fiziki fəaliyyət qan şəkərini azaltmağa kömək edir.
Təbii vasitələr və düzgün pəhrizlə diabeti nəzarət altında saxlamaq mümkündür. Lakin, bu üsullar heç bir zaman tibbi müalicənin əvəzi ola bilməz. Sağlamlıq balansını qorumaq üçün həm təbii, həm də tibbi yanaşmaları birlikdə tətbiq etmək daha məqsədəuyğundur.
Tərcümə: Könül Oruc