Şəkərli diabet xəstəliyində qan şəkəri səviyyəsini mümkün qədər normasında saxlamaq göz, sinir və böyrək zədələnməsi, infakt, insult kimi problemlərlə qarşılaşma riskini azaldır.
E-saglam.az qida eksperti Fərid Səfərovun yazısını təqdim edir
Bunun üçün ilk növbədə sağlam və balanslı şəkildə qidalanmaq lazımdır, vaxtında və qədərində qidalanmaq qan şəkərini nəzarət altında saxlayır.
Bəs hansı qidalardan uzaq durmaq lazımdır?
- şəkərli, spirtli içkilər.
- yağ və şəkər tərkibi çox olan qidalar, şirniyyatlar.
- yağda qızardılmış ət, xəmir, kartof kimi qidalar.
- yağlı ət və balıq.
- yağlı süd və süd məhsulları.
- mayonez, ketçup, souslar.
- qatılaşdırılmış yağlar.
- hisə verilmiş qidalar, kolbasa, sosiska.
- konservləşdirilmiş qidalar.
Şəkər xəstələrinə hər zaman yanında-çantasında, maşınında, iş yerində uyğun qida saxlamaq tövsiyə olunur, çünki uzun müddət ac qalmaq risklidir.
Təkcə şəkər xəstələri yox, bu xəstəlikdən əziyyət çəkməyən insanlar da düzgün şəkildə qidalanaraq sağlamlıqlarını qoruya bilərlər.
- yemək vaxtlarını gecikdirməyin, ötürməyin.
- hər gün ən az 30 dəqiqə davamlı şəkildə fiziki hərəkətlə məşğul olun.
- mövsümünə uyğun təzə meyvə və tərəvəz yeyin.
- sümük sağlamlığı üçün kalsium qəbuluna diqqət edin.
- qan azlığının qarşısını almaq üçün dəmir qəbuluna diqqət edin.
- çörəkdən, şəkərdən, duzdan uzaq durun.
- sağlam yemək hazırlamaq və yemək üsullarını tətbiq edin.