Qidalanma
Səhər yeməyi yuxudan durduqdan nə qədər sonra yeyilməlidir?
Qidalanma

Səhər yeməyi yuxudan durduqdan nə qədər sonra yeyilməlidir?

Səhər yeməyi yuxudan durduqdan nə qədər sonra yeyilməlidir?

Səhər yeməyi üçün ən ideal vaxt oyandıqdan 40 dəqiqə sonradır. 

E-saglam.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına diyetoloq Yelena Solomatina danışıb.

“Səhər yeməyi məcburi olmalıdır, çünki insanların çoxu metabolik proseslərə məhz səhər başlayır. Səhər yeməyi gün ərzində metabolik proseslərə təsir edir, orta hesabla 40 dəqiqədən sonra”, - həkim vurğulayıb.

Ekspert bildirib ki, güclü aclıq hissi varsa, istisna edilə bilər. Bu vəziyyətdə yuxudan oyandıqdan dərhal sonra səhər yeməyi yemək qadağan deyil. O, səhərlər kompleks karbohidratlar və zülallar yeməyi məsləhət görüb: həm tək, həm də qarışıq. Məsələn, sıyıq kəsmik və ya az yağlı pendirlə yeyilə bilər. Yulafı qarabaşaq yarması və ya arpa ilə qarışdıra, növbəti gün isə tərəvəzli omlet yeyə bilərsiniz. Sıyığı sevməyənlər üçün Solomatina onu çovdar çörəyindən hazırlanmış sendviçlə bir dilim balıq və ya toyuq əti ilə əvəz etməyi məsləhət görüb. /Publika.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun