Qidalanma
Səhər yeməyi yemədikdə orqanizmdə NƏ BAŞ VERİR?
Qidalanma
325

Səhər yeməyi yemədikdə orqanizmdə NƏ BAŞ VERİR?

Alimlər səhər yeməyinin vacibliyini təsdiq edən araşdırma aparıblar.

E-saglam.az-ın məlumatına görə, bu yaxınlarda alimlər və dietoloqların birgə apardıqları tədqiqatların nəticələri onları şoka alıb.

Məlum olub ki, səhər yeməyindən imtina etmək şəkərli diabet və ya infarktın yaranmasına səbəb ola bilər. Alimlər bildiriblər ki, insan orqanizmində maddələr mübadiləsinə cavabdeh genlər var. Bu strukturda meydana çıxan qarışıqlıq prosesin kontroldan çıxmasına səbəb olur.

Aparılan tədqiqatlarda 21-60 yaş arası iki qrupdan ibarət 49 könüllü iştirak edib. Birinci qrupa daxil olanlar altı ay müddətində hər gün mütəmadi olaraq səhər yeməyi yeyiblər. Digər qrupun nümayəndələri isə günortaya qədər qida qəbul etməyiblər.

Sonda iştirakçıların analiz nəticələrinə görə bəlli olub ki, səhər yeməyi yeməyənlərin metabolizmlərində ciddi pozuntular müşahidə edilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun