Yandex watch
Səhər bir stəkan içsəniz, qanı təmizləyir:

Kök, çuğundur, nar və xurma ilə hazırlanan bu tünd qırmızı səhər içkisi orqanizmi təmizləyir, immuniteti gücləndirir və enerjini artırır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tərkibindəki vitaminlər və antioksidantlar sayəsində sağlamlığa çoxsaylı faydalar təqdim edir. Hər evdə tapılan bu dörd sadə inqrediyentlə hazırlanan qarışım gündəlik istifadəyə uyğundur və orqanizmdə bir çox funksiyanı dəstəkləyir.

1. Kök – Görmə və dəri üçün faydalıdır

A vitamini ilə zəngin olan kök göz sağlamlığını dəstəkləyir, dərini parlaqladır və bağırsaq fəaliyyətini yaxşılaşdıran liflə zəngindir.

2. Çuğundur – Qan dövranını tənzimləyir

Fol turşusu, dəmir və nitratlarla zəngin olan çuğundur qan təzyiqini aşağı salır, damarları genişləndirərək qan axınını yaxşılaşdırır və qaraciyərin detoks funksiyasını dəstəkləyir.

3. Nar – Ürək dostu antioksidant mənbəyi

Nar, polifenol və C vitamini ilə ürəyi qoruyur, iltihabı azaldır və xolesterin səviyyəsini tənzimləməyə kömək edir.

4. Xurma – Təbii enerji qaynağı

Tərkibində təbii şəkərlər, lif, kalium və maqnezium olan xurma orqanizmə ani enerji verir, həzmi yaxşılaşdırır və əzələ funksiyalarını dəstəkləyir.

Bu qarışımın 6 əsas faydası:

  • Bağırsaqları təmizləyir və həzmi yaxşılaşdırır

  • İmmuniteti gücləndirir

  • Orqanizmi toksinlərdən təmizləyir

  • Dərinin parlaqlığını artırır

  • Zehni fəaliyyəti dəstəkləyir

  • Arıqlamağa kömək edir

Bu sadə, lakin güclü tərkibli içki hər səhər bir stəkan içildikdə orqanizmin təmizlənməsinə və ümumi rifahın artmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az