Tibbi xəbərlər
Saxta vaksin pasportu verən vəzifəli şəxslərə cinayət işi açıldı
Tibbi xəbərlər
112

Saxta vaksin pasportu verən vəzifəli şəxslərə cinayət işi açıldı

Maştağa qəsəbəsində yerləşən “7 №-li Birləşmiş Şəhər Xəstəxanası” PHŞ-də COVID-19 əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

E-saglam.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğundan bildirilib.

Araşdırmalarla ilə qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun