Faydalı
Saxta alkoqollu içkinin zərələri:
Faydalı

Saxta alkoqollu içkinin zərələri: yarım stəkanı belə həyatın sonu ola bilər

İzmir Katip Çələbi Universitetindən Prof. Dr. Alper Şener, saxta spirtin qəbulu ilə bağlı həyati əhəmiyyət daşıyan xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, Şener, metanol əsaslı saxta spirtin qəbulundan sonra ilk 6 saat ərzində görmə itkisinin, 24 saat ərzində isə müdaxilə edilməzsə ölümün baş verə biləcəyini bildirib.

Metanolun kimya sənayesində istifadə edildiyini və bədəndə sintez olunmadığını vurğulayan Şener, 30 ml qədər kiçik bir miqdarın belə ölümcül ola biləcəyini qeyd edib. İlk əlamətlər arasında baş ağrısı, ürəkbulanma və qarın ağrısı yer alsa da, görmə bulanıqlığı bu vəziyyətin əsas fərqləndirici xüsusiyyətidir.

Şener, saxta spirti dad və qoxu ilə ayırd etməyin mümkün olmadığını və yüksək spirtli içkilərdən uzaq durmağı tövsiyə edib. Həmçinin, spirt qəbulundan sonra hər hansı bir narahatlıq yaranarsa, dərhal səhiyyə müəssisəsinə müraciət edilməsini məsləhət görüb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun