Sarımsaq yedikdən sonra ağız qoxusundan xilas olmaq asan məsələ deyil. Dişləri hərtərəfli fırçalamaq belə bu problemin öhdəsindən gəlmir.
E-saglam.az xarici mətbuata istinadən xəbər verir ki, ancaq təsirli bir yol var. Xoşagəlməz qoxudan xilas olmaq üçün sarımsaqdan sonra bir neçə qaşıq qatıq yemək lazımdır.
Yağ tərkibi nə qədər yüksək olsa, qatıq bir o qədər yaxşı iş görəcək. Süd, alma, kahı və nanə yemək də sarımsağın qoxusunu neytrallaşdırmağa kömək edir. /Lent.az