Yandex watch
Sarımsaq və soğanı belə yemək faydasını öldürür,

Sarımsaq və soğanı yüksək temperaturda bişirmək, onların sağlamlığa faydasını azalda və zərərli trans yağların yaranmasına səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Yapon alimlərinin araşdırmasına görə, 140°C-dən yuxarı temperaturda bişirildikdə, bu tərəvəzlərdəki kükürd birləşmələri doymamış yağ turşularını zərərli trans yağlara çevirə bilər. Trans yağlar pis xolesterolu artırır və ürək-damar xəstəliklərinin əsas risk faktorlarından biridir.

Trans yağlar infarkt, insult və diabet riskini artırmaqla yanaşı, hər il dünyada 278 min insanın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı, bu yağların qəbulunu gündəlik enerji istehlakının 1%-dən azına endirməyi tövsiyə edir.

Araşdırmalar göstərir ki, sarımsaq və soğan bişirilərkən sağlamlıq üçün risk minimal olsa da, yüksək temperaturda uzun müddət bişirilmək zərərli təsirləri artırır. Bu səbəbdən, sarımsaq və soğanı bişirərkən diqqətli olmaq və orta istilikdə bişirmək tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az