Salyan Rayon Yaşıllaşdırma İdarəsinin qarşısında özünü yandıraraq intihara cəhd edən Coşqun Quliyevin son durumu açıqlanıb.
E-saglam.az-ın məlumatına görə, Respublika Yanıq Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, xəstə mərkəzə fevralın 9-da gətirilib.
Qeyd olunub ki, onun ümumi vəziyyəti ağırdır və 42 faiz yanıq xəsarəti alıb.
Xatırladaq ki, fevralın 9-da Salyan Rayon Yaşıllaşdırma İdarəsinin qarşısında rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Quliyev özünü yandıraraq intihara cəhd edib.
Onun Salyan Rayon Yaşıllaşdırma İdarəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.