Faydalı
Sağlamlığın sirri
Faydalı

Sağlamlığın sirri südə qoyulan soğandadır

İmmuniteti gücləndirən, bədəni toksinlərdən təmizləyən və enerjinizi artıran süd, soğan və sarımsaq bir araya gəldikdə, sağlamlığınıza böyük təsir göstərir. Bu üç sadə inqrediyent, mətbəxinizdəki "gizli qəhrəmanlar" olaraq, bədəninizi qorumağa kömək edir. Bəs süd, soğan və sarımsağın birləşməsi nə üçün faydalıdır və necə istifadə edilməlidir?

E-saglam.az soğan, süd və sarımsağın faydalarını təqdim edir:

İmmunitet sistemini gücləndirir: Bu üçlüyün tərkibindəki maddələr immuniteti artırır, xəstəliklərə qarşı bədəni gücləndirir.

Boğaz ağrılarına və öskürəyə yaxşı təsir edir: Xüsusilə mövsüm dəyişikliklərində soğan və sarımsaq ilə hazırlanan süd müalicəsi, boğaz ağrıları və öskürəyə qarşı təsirli olur.

Toksinləri bədəndən atır: Bu qarışım bədənin təmizlənməsinə kömək edir.

Enerji artırır: Süd, soğan və sarımsaqla hazırlanan qarışım bədənə əlavə enerji verir.

Soğan südü müalicəsi:

Bir soğanı sürtgəcdən keçirib, bir banka südü yaxşıca qızdırın (amma qaynatmayın).

Sürtgəcdən keçirilmiş soğanı südə əlavə edin və bankanın ağzını bağlayın. Bankanı qaranlıq yerdə 30 dəqiqə saxlayın.

30 dəqiqədən sonra süzüb, hər 30 dəqiqədən bir 1-2 xörək qaşığı içərək gün ərzində bitirin.

İstəyə görə, bal və darçın əlavə edərək qarışımı şirinləşdirə bilərsiniz.

Soğan, sarımsaq və süd qarışımı necə hazırlanır?

Bir litr südə xırda doğranmış 1 iri soğan və 4-5 diş xırda doğranmış sarımsaq əlavə edib, qaynadın.

Qaynadıqdan sonra, süzüb, ilıq halda 2 xörək qaşığı bal əlavə edin və bir çay qaşığı olaraq gündə bir neçə dəfə için.

Südün faydaları:

Süd, A və C vitaminləri, kalsium və kaliumla zəngindir. O, həmçinin zülal və dəmir kimi vacib maddələrə malikdir və xüsusilə uşaqların sağlamlığı üçün əvəzolunmazdır.

Soğan südünün müalicəvi təsirləri:

Ürək sağlamlığını gücləndirir.

Qan dövranını tənzimləyir və qan əmələ gəlməsini stimullaşdırır.

Təzyiqi aşağı salır.

Öd kisəsinin ifrazını artırır və daşların əmələ gəlməsinin qarşısını alır.

Müntəzəm istifadəsi xərçəngə qarşı müsbət təsir göstərir.

Süd, soğan və sarımsaq birləşməsi ilə, sağlamlığınızı dəstəkləyən möcüzəvi bir qarışım əldə edə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun