Yandex watch
"Sağlam qış tərəvəzləri" bunlar

Qış menyusuna mütləq kələm, çuğundur və bir neçə digər sağlam tərəvəz daxil edilməlidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bunu tibb elmləri namizədi Alexandra Çistyakova məsləhət görüb. 

Ekspertin sözlərinə görə, kələm və çuğundur tərkibindəki vitaminlərlə zəngin olduğuna görə orqanizmə maksimum fayda verən məhsullardır.

O vurğuladı ki, bütün növ kələm yemək lazımdır: ağ, qırmızı, brokoli, Pekin və Brüssel kələmi.

Çistyakova qışda salatlar üçün yuvarlaq burunlu möhkəm yerkökü seçməyi təklif etdi: "Uzun burunlu olanlar şorba və əsas yeməklər üçün daha uyğundur".

 Həkim əlavə edib ki, həm cəfəri, həm də yerkökü ilə oxşar dadı olan tərəvəzlər soyuq mövsümdə də sağlamlığa fayda verəcək.

Tərcümə: Könül Oruc

E-saglam.az