Qidalanma
Sağlam olmaq istəyirsinizsə, bu 4 məhsulu qida rasionunuzdan
Qidalanma
272

Sağlam olmaq istəyirsinizsə, bu 4 məhsulu qida rasionunuzdan dərhal çıxarmalısınız

Sevərək istehlak edilsə də, insan sağlamlığına zərərli olan bir çox məhsul həyatımızın mərkəzində ola bilər.

E-saglam.az xəbər verir ki, müasir dünyada sağlam qidalanma hər kəs üçün çətin ola bilər. Gündəlik təlaş içində sürətli yeməkləri seçmək asan olsa da, sağlamlığınız üçün böyük təhlükə yarada bilər.

Bəs daha sağlam olmaq üçün hansı maddələrdən istifadəni dayandırmalısınız?

Qazlı içkilər

Bəzi məşhur qazlı içkilər əslində şəkər yığınıdır. Tədqiqatlar ardıcıl olaraq şəkərli içkilərin qəbulunu azaltmağın arıqlamağa kömək edə biləcəyini göstərir. Digər tərəfdən qazlı içkilər, piylənmə, diabet, diş çürüməsi, osteoporoz, koroner ürək xəstəliyinə və s. səbəb ola bilər. 

Şəkər

Şəkər insan sağlamlığına mənfi təsir göstərən qidadır. Həddindən artıq şəkər istehlakı beyin və böyrəklərə zərər versə də, kökəlməyə, qaraciyər yağlanmasına və diş çürüməsinə səbəb olur. Bütün bu səbəblərə görə şəkəri həyatınızdan çıxarmaq sizi daha sağlam bir fərd edəcək.

Emal edilmiş ət

Kolbasa və salyami kimi qidalar kanserogen təsir göstərməklə yanaşı, həm də yüksək miqdarda duz və əlavələr ehtiva edir. Bu, yüksək təzyiq, ürək xəstəliyi və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Palma yağı

Sağlam olmayan yağlardan biri olan palma yağı tərkibindəki yüksək doymuş yağ səbəbiylə xolesterol səviyyəsini artıraraq infarkt və insult riskini artıra bilər. İstehsal edildiyi zaman ətraf mühitə çox zərər verən palma yağı yerinə, zeytun yağı kimi daha sağlam alternativlər istehlak edə bilərsiniz.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun