Psixologiya
Sağlam həyat tərzi vərdişləri orta yaşlı insanları
Psixologiya

Sağlam həyat tərzi vərdişləri orta yaşlı insanları nevroloji xəstəliklərdən qoruya bilər - TƏDQİQAT

ABŞ-da aparılan bir araşdırmaya görə, orta yaşlı insanların sağlam həyat tərzi vərdişlərinə sahib olmaları insult, demensiya və depressiyadan qorunmasına kömək edə bilər.

E-saglam.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Neurology” jurnalında dərc olunan araşdırmada, elm adamları orta yaşı 56 olan 316 min 127 nəfəri beş il ərzində izləyiblər. İştirakçılar sağlam həyat tərzi vərdişlərinə görə “ideal”, “orta” və “zəif” qruplara bölünüblər.

Tədqiqatçılar bu şəxslərin təxminən 1,2 faizinə insult, demensiya və ya depressiya diaqnozu qoyulduğunu və bu xəstəliklərin müşahidə olunma riskinin hansı qrupda daha yüksək olduğunu müəyyən ediblər. Araşdırmada siqaret çəkməmək, kifayət qədər yatmaq, xolesterol və qan təzyiqini nəzarətdə saxlamaq kimi səkkiz sağlam həyat tərzi vərdişi əsas götürülüb. Sağlamlıq vərdişlərinə əməl etməkdə zəif qrupda olan şəxslərin insult, demensiya və depressiya riskinin ideal qrupda olanlara nisbətən iki dəfə çox olduğu qeyd edilib.

Araşdırmanın nəticələrinə görə, “orta” qrupda olan şəxslərdə də bu xəstəliklərin meydana çıxma riski “ideal” qrupdakılara görə 37 faiz daha yüksəkdir. Bununla belə, tədqiqatçılar sağlam həyat tərzi vərdişlərinə əməl etməməyin bu xəstəliklərin riskini artırıb-artırmadığını tam sübuta yetirmədiyini bildiriblər.(Azərtac)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun