Yandex watch
Sağ ovucda qaşınma nə deməkdir? -

İnanca görə, sağ ovucda qaşınma maddi qazancdan xəbər verir.

Emlakbazari.az

Bəs bu qaşınmanın arxasında başqa hansı mənalar var?

E-saglam.az xəbər verir ki, cəmiyyətdə tez-tez rast gəlinən fiziki əlamətlərdən biri olan sağ ovucda qaşınma xalq arasında fərqli mənalarla şərh olunur.

Ənənəvi inanclara görə, sağ ovucda qaşınma, insanın pul alacağına işarədir.

Bu, xüsusilə yaşlı nəsillər arasında "bolluq" və "mənfəət" əlaməti hesab olunur.

Digər tərəfdən, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tip qaşınma tibbi səbəbləri də göstərir. Quru dəri, allergik reaksiyalar və ya dermatoloji pozğunluqlar da ovucların qaşınmasına səbəb ola bilər.

Buna görə də qaşınma davamlı olarsa, dermatoloqa müraciət etmək tövsiyə olunur. (Medicina.az)

E-saglam.az