
"SAF Pharma" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.
SAF Pharma LLC
Baş Mühasib
Son tarix 16 dek 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00
Əmək haqqı: 2 000-3 000 AZN (müsahibə əsasında müəyyən ediləcək)
Öhdəlikləri:
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
Bank və kassa əməliyyatları
Tender üçün sənədlərin hazırlanması
İnventarizasiya prosesinin həyata keçirilməsi
Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi
Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı)
Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi
Vergi, gömrük və digər dövlər orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
İş prosesi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Vəzifəyə tələblər:
Təhsil – Ali (mühasibatlıq, maliyyə)
Sertifikat- Orta və iri sahibkarlıq fəaliyyəti üzrə PMS sertifikatı
Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-əla. (İngilis dili bilən namizədlərə üstünlük veriləcəkdir.)
Təcrübə - 5 ildən çox
Vergi, gömrük, mülki və digər əlaqəli qanunvericilik sahələri üzrə biliklər.
Riyazi məntiq, analitik düşünmə və təhliletmə bacarığı
Detallara diqqət, məsuliyyətlilik, dəqiqlik və etibarlılıq
Müraciət qaydaları:
CV-ni e-mail ünvanına “Baş mühasib” başlığı (tema/subject) ilə göndərirsiniz.
Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.
Son müraciət tarixi: 15.12.2023