Gözəllik-dəb
Saçı fenlə qurutmaq zərərlidir?
Gözəllik-dəb

Saçı fenlə qurutmaq zərərlidir? - Alimlər məşhur mifi dağıtdılar

ABŞ-dan olan tədqiqatçılar saçların yuyulduqdan sonra təbii şəkildə qurudulması ilə bağlı nəzəriyyələrə baxmayaraq, əslində belə olmadığını və saç qurutma maşınının təbii qurutma qədər təhlükəli olmadığını bildiriblər.

E-saglam.az xəbər verir ki, bu barədə "Daily Mail" xəbər verir.

Saç qurutma feninin saçın keyfiyyətinə mənfi təsir göstərdiyi, strukturunu pozduğuna dair bir mif var, amma əslində bunun tamamilə doğru olmadığı ortaya çıxdı. Əksinə saçların gec quruması onun vəziyyətinə mənfi təsir göstərir, çünki nəmlik saçlarda çox qalır. 

Alimlər deyirlər ki, saçı "təbii şəkildə" qurutmaq ona yaxşı təsir göstərmir. Əgər fen yüksək keyfiyyətlidirsə və saçınızı qurudarkən, düzgün temperaturu seçsəniz saçınıza zərər verməz.

Elm adamları, saçda qalan nəmliyin, zədələnmə şansını artırdığını söyləyirlər. Ümumiyyətlə, saçlar yaş olduqda çox zəifləyir və quruyana qədər onlara toxunmaq olmaz. Ona görə də saçınız yaş halda yatağa getməməlisiniz, bu saçların korlanması deməkdir.

Alimlər qeyd ediblər ki, yuduqdan sonra ediləcək ən yaxşı şey nəm saçlarınızı yumşaq bir şəkildə ovuşduraraq saça qulluq məhsulunu tətbiq etmək və yüksək temperaturdan istifadə etmədən saçınızı fenlə qurutmaqdır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun