Bu gün saç tökülməsi kişiləri və xüsusən də xanımları çox narahat edən bir problemdir.
Saç tökülməsinin səbəbləri çoxdur. Bunlardan biri də endokrinoloji səbəblərdir.
Bu sözləri E-saglam.az-a açıqlamasında pediatr-endokrinoloq Sevda Novruzova deyib.
İlk öncə bilməliyik ki, qalxanvari vəzin funksiyasında həm artma həm də azalma saç tökülməsinə səbəb ola bilər.
Qalxanvarı vəzin funksiyası azladıqda, yəni qanda qalxanvari vəzin hormonları az olduqda (ən sıx saç tökülməsi zobun əlamətlərindəndir)
Tiroid hormon çatışmazlığı olduqda metablolizm yavaşlayır, bağırsaqlardan vitamin və mineralların sovurulması da zəifləyir ki, bu da öz növbəsində saçların tökülməsinə səbəb olur.
Tiroid hormonunun yüksəlməsi ilə gedən hipertiroiddə də saç tökülməsi baş verir.
- Şəkərli diabet
- Testesteron hormonun artıqlığı
- Yumurtalıqların polikistoz sindromu olduqda - bu saç tökülməsi ilə nəticələnə bilər.
Endokrinoloji saç tökülməsinin müxtəlif şampunlar, maskalarla qarşısını ala bilməzsiniz. Mütləq müayinələr aparılmalı və uyğun dərman müalicəsinə başlanılmalıdır.