Yandex watch
“Sabahdan başlayacağam” deyənlərin qan qrupu məlum oldu:

Süni intellektlə aparılan son araşdırmalar qan qrupları ilə şəxsiyyət xüsusiyyətləri arasında maraqlı əlaqələri ortaya çıxarıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tapıntılara görə, B qan qrupu olan şəxslər daha çox tənbəlliklə əlaqələndirilir. Bu fərdlər azad ruhlu, müstəqil düşünən və rahat həyat tərzinə üstünlük verən insanlar kimi xarakterizə olunsalar da, bu xüsusiyyətlər bəzən intizamsızlıq və motivasiya əskikliyi kimi qiymətləndirilə bilər.

B tipi fərdlər qısamüddətli və həyəcanverici işlərə meyilli olur, lakin davamlı diqqət və səbr tələb edən işlərdə çətinlik çəkə bilirlər. Buna baxmayaraq, mütəxəssislər bu yanaşmaların elmi əsaslara söykənmədiyini və hər bir insanın fərdi xüsusiyyətlərinin daha kompleks olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az