Tibbi xəbərlər
Resept dərman adı ilə yazıla bilməz! – Deputat həkimlərin qanunsuz əlbirliyindən danışdı
Tibbi xəbərlər
324

Resept dərman adı ilə yazıla bilməz! – Deputat həkimlərin qanunsuz əlbirliyindən danışdı

Bu gün özəl və dövlət xəstəxanaları sanki bir-biri ilə rəqabətə girib. Bu rəqabət həkimlərin maddi maraqları ilə bağlıdır. Bəzi xəstəxanalar və həkimlər dərman firmaları ilə əlbirdir.

Dərmanın keyfiyyəti, xəstəyə təsiri onlarda maraq doğurmur.

Həkim və dərman firmalarının bu cür müştərək fəaliyyətinin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

E-saglam.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva Bakupost.az-a açıqlama verib.

Deputat bu cür işbirliyinin yolverilməz olduğunu deyib:

“İstər özəl, istərsə də dövlət xəstəxanalarında çalışan həkimlərin hansısa aptek və ya dərman firması ilə işbirliyi qurması yolverilməzdir. Təəssüf ki, həqiqətən də bu gün hələ də bu cür həkimlərə rast gəlinir. Belə halların baş verməsi xəstələrin hüquqlarının pozulması deməkdir. Xəstə dərmanı hansı aptekdən alacağını özü müəyyənləşdirməlidir. Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələni araşdırmalı, həmin həkimlər ciddi cəzalandırılmalıdır. Ümumiyyətlə, həkimlər resept yazanda dərman adı ilə deyil, tərkibi ilə yazmalıdır. Bu, qanunvericilikdə də öz əksini tapıb. Mənə elə gəlir ki, belə olsa, firmalar da öz dərmanlarını məqsədli şəkildə geniş yaya bilməyəcək və belə halların qarşısı alınacaq”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun