Tibbi xəbərlər
Regionlarda talassemiya və genetik xəstəliklər barədə maarifləndirmə tədbirləri keçirilib - FOTO
Tibbi xəbərlər
289

Regionlarda talassemiya və genetik xəstəliklər barədə maarifləndirmə tədbirləri keçirilib - FOTO

“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasını yekunlaşdırıb.

E-saglam.az xəbər verir ki, layihə çərçivəsində Şəki, Ağdaş, Mingəçevir, Neftçala, Oğuz və Masallı rayonlarına səfərlər təşkil edilib.
Şəki şəhərində 38 nəfər, Ağdaş rayonunda 28 nəfər, Mingəçevir şəhərində 32 nəfər, Neftçala rayonunda 34 nəfər, Oğuz rayonunda 31 nəfər və Masallı rayonunda 38 nəfərin iştirakı ilə tədbirlər keçirilib. Tədbirlərdə tibb işçiləri, müəllimlər, tələbələr, aktiv gənclər iştirak edib.

Keçirilən görüşlərdə layihənin eksperti, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi Nailə Babayeva talassemiya, qohum nikahlarının səbəb  olduğu genetik xəstəliklər, qan donorluğu, donorluğun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı iştirakçılara məlumat verib. Bu xəstəliklərin yayılmasının qarşısının alınması və qan donorluğu barədə maarifləndirici söhbət edib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirlər zamanı təşkilatın sədr müavini Nəbili Emin bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 3 ay (fevral, mart, aprel) ərzində  icra olunub və dövlətin bu sahədə gördüyü işlərə dəstək məqsədi daşıdığını bildirib: “Ölkəmizdə müasir tələblərə cavab verən səhiyyə müəssisələri tikilib, ən müasir tibbi avadanlıqlarla təmin olunub. 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya xəstələrinin müalicə və müayinəsinin aparılması məqsədi ilə “Talassemiyasız həyat naminə” layihəsinə start verildi. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqlarla təhciz olunmuş Talassemiya Mərkəzi tikilib istifadəyə verildi. Artıq bu Mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Talassemiya xəstəliyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən “Talassemiya ilə mübarizəyə dair 2015/2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlmiş 2015-ci ildə Sərəncam imzalamışdır.”

Layihə rəhbəri 2015-ci ildən nigaha daxil olan cütlüklərin tibbi müayinəsinin aparılmasının da milli genofondumuzun qorunması üçün çox mühüm addım olduğunu qeyd edib.

Qeyd edək ki, rayonlara səfərlər zamanı müvafiq idarə və təşkilatlara “Qan ver, həyat xilas et” adlı  bukletlər verilib.

.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun