Ramazandan sonra bədən sağlamlığınızı qorumaq üçün qidalanmaya fikir vermək lazımdır.
Ramazan ayı ərzində ac və susuz qalındığı üçün bayramda həddindən artıq yeməkdən çəkinmək lazımdır. Əks halda, müxtlif problemlərlə qarşılaşa bilərsiniz.
E-saglam.az Ramazandan sonra çox yeməyin yaratdığı problemləri təqdim edir.
Bayramda şirniyyat, şəkər, xəmir və qidaların həddindən artıq yesəniz, həzmsizlik və mədə problemləri ilə qarşılaşa bilərsiniz.
Günə yüngül səhər yeməyi ilə başlamalı və həddindən artıq yeməkdən çəkinməli, az və tez-tez yemək yeməlisiniz.
Qızartma yeməklərdən uzaq durmağa çalışmalısınız. Həddindən artıq, yağlı, duzlu və kalorili yeməklərdən çəkinməlisiniz. Tərəvəz və meyvələrə üstünlük verilməlidir.
Çay və kofe kimi kofeinli içkilər həddindən artıq istofadə edilməməlidir.
Eyni zamanda, şokolad və çirniyyatlara da diqqət etməlisiniz. Həddindən artıq şokolad və şirniyyat mədə yanması və bağırsaq pozğunluğu kimi xəstəliklərə səbəb olur. Bu səbəbdən alternativ olaraq quru meyvələrə və ya südlü desertlərə üstünlük verilə bilər.
Diabet, ürək xəstələri, yüksək qan təzyiqi olanlar və xüsusi qidalanma terapiyası tətbiq edənlər heç vaxt müalicələrini kəsməməlidirlər.
Qidaları balanslı şəkildə yeməyə diqqət edin. Süd və süd məhsulları, zülal (ət, yumurta, balıq, toyuq), karbohidratlar (paxlalılar və taxıllar), sağlam yağlar, vitaminlər və minerallar, lif qaynağı tərəvəz və meyvələr kimi hər qrupdan kifayət qədər qida qəbul etməlisiniz.
Bayramdan sonra fiziki fəaliyyətinizə də fikir verməlisiniz. Bayram zamanı aldığınız artıq enerjini yandırmaq üçün sürətli gəzintilər edə bilərsiniz. /Bakupost.az