Yandex watch
Quru öskürəyi aradan qaldırır –

Qış aylarında soyuq hava öskürək və boğaz ağrılarını artırır. Xüsusilə gecə davam edən quru öskürək yuxunu poza və narahatlığa səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bəkməz, kərə yağı və isti sudan hazırlanan qarışıq bu problemi aradan qaldıra bilər.

Bir xörək qaşığı bəkməzi bir stəkan qaynar su ilə qarışdırıb səhərlər ac qarına içmək öskürəyə qarşı təsirlidir. Bəkməz tərkibindəki minerallarla immuniteti gücləndirir və bəlğəmgətirici təsir göstərir.

Bu qarışıma əlavə edilən bir çay qaşığı kərə yağı boğazı yumşaldır, quruluq və qıcıqlanmanı azaldır. Kərə yağı tərkibindəki vitaminlər və yağ turşuları sayəsində iltihabı aradan qaldırmağa kömək edir.

Bəkməz təbii antioksidant mənbəyidir və boğaz iltihabını azaldır. Müntəzəm olaraq 7 gün istifadəsi öskürəyin şiddətini azaldır, ağciyərləri rahatlaşdırır və ümumi sağlamlığı yaxşılaşdırır.

Soyuqdəymə və öskürək həyat keyfiyyətini azalda bilər, lakin bu qarışıq ev şəraitində sadə və təsirli bir həll təklif edir.

Tərcümə: Könül Oruc

E-saglam.az