Yandex watch
Qucaqlaşmaq və narsisizm arasında əlaqə

Psychological Reports jurnalında dərc edilən araşdırmada qucaqlaşma və şəxsiyyət xüsusiyyətləri arasındakı əlaqə müşahidə edilib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, alim Franciszek Stefanek-in rəhbərlik etdiyi komanda, qucaqlamağa meyilli olan iştirakçıların daha az narsisizm əlamətləri göstərdiyini bildirdi.

299 adamdan məlumatların toplandığı araşdırmada insanları daha asan qucaqlayan insanların daha az psixopatik və ya narsistik xüsusiyyətlərə sahib olduğu müəyyən edilib.

Bu insanların qucaqlamağa üstünlük verməyənlərə nisbətən daha xasiyyətli, xoşgörüşlü və humanist olduğu görülür; Tədqiqatçılar, qucaqlaşmaq arzusu olan insanların insanlığa daha ümidli olduğunu da vurğuladılar.

Elmə görə, qucaqlaşmanın təsiri təkcə müsbət şəxsiyyət xüsusiyyətləri və ya psixi sağlamlıq faydaları ilə bağlı deyil. 13.000-dən çox iştirakçının iştirak etdiyi 212 araşdırmanın təhlili göstərdi ki, qucaqlaşma kimi mehriban fiziki təmasların yuxu rejimini və qan təzyiqini yaxşılaşdırdığı sübut olunub. Mütəxəssislər həmçinin vurğuladılar ki, fiziki sevgi xüsusilə qadınlarda narahatlığı azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az