Qidalanma
"Qreçka və qatıq diyetası" cəfəngiyatdır
Qidalanma

"Qreçka və qatıq diyetası" cəfəngiyatdır - Qida mühəndisindən AÇIQLAMA

Qarabaşaqla qatıq pəhrizi sosial şəbəkələrdə son vaxtlar çox məşhurlaşıb.

Bu sözləri  E-saglam.az-a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib. 

O, bildirib ki, "Qreçka qatıq" adı altında tanınan bu diyet forması cəfəngiyatdır.

Niyə?

"Pəhriz sizi artıq çəkidən azad edəcək, amma artıqlaması ilə çəki geri qayıdacaq. Səbəbi isə çox sadədir. Düzgün olmayan arıqlama üsulu.

"Qreçka və qatıq" pəhrizi saxlayanlarda:

- vitamin çatışmazlığı
- immunitetin zəifləməsi
- həzm sisteminin pozulması
- əzələ itkisi
- kəskin kalori defisiti
- psixoliji gərginlik
- dəri problemləri
- halsızlıq, göz qaralması və s. baş verəcək.

Artıq çəkidən azad olmağın bir yolu var, o da makronutrient (karbohidrat, yağ və zülal) balansını qorumaq və riayət etməkdən ibarətdir".

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun